Misir müftisi Bakıda cümə xütbəsi oxuyacaq

16:54 12.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirin baş müftisi Şövqi Əllam 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək 2-ci Bakı Dünya Dini Liderləri Sammitində iştirakı çərçivəsində noyabrın 15-də cümə xütbəsi oxuyacaq.

Hafta.az yazır ki, bu barədə Misirin ölkəmizdəki səfiri Adil İbrahim deyib. 

Səfir bildirib ki, ilk dəfə olaraq əcnəbi xətib Azərbaycanın paytaxtı Bakının ən bəyük və ən qədim məscidlərindən sayılan “Əjdər Bəy” (Göy Məscid) məscidində xütbə söyləmək üçün minbərə çıxacaq.

Xatırladaq ki, məscidin axundu Azərbaycanın müftisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayevdir. Bu, ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu və Azərbaycan dini qurumlarının Misiri və onun İslam dünyasındakı mövqeyini yüksək qiymətləndirdiyini təsdiqləyir.

Səfir, Azərbaycan xalqının məzhəbindən asılı olmayaraq qəlbində Əl-Əzhərin istisna mövqeyi olduğunu nəzərə alaraq, Azərbaycan rəsmilərinin Əl-Əzhərin Şeyxinin Bakıya səfər etməsini səbirsizliklə gözlədiklərini bildirib. Xüsusən də, Sovet dövründən bəri iki ölkənin dini rəhbərləri arasındaki sıx münasibətlərlə yanaşı, yüzlərlə azərbaycanlı 1991-ci ildən sonrakı müstəqillik dövründə dini təhsillərini məhz Əl-Əzhərdə alıb.

Qeyd olunmalıdır ki, iki ölkə arasında münasibətlər sürətlə inkişaf etməkdədir. Son dövrlər Xarici işlər və turizm nazirlərinin, habelə, Nümayəndələr Palatasının birinci müavini Şərifin Azərbaycana səfərləri buna əyani sübutdur.

Siyasət rubrikasından digər xəbərlər