Misir Xarici İşlər Nazirliyinin yeni saytı istifadəyə verilib

10:52 19.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin yeni saytı istifadəyə verilib.

Hafta.az-ın yazdığına görə, bu barədə Misirin ölkəmizdəki Səfirliyinin facebook səhifəsində paylaşım edilib.

Səfirliyin paylaşımına əsasən bundan sonra maraqlananlar https://www.mfa.gov.eg/ar saytına daxil olaraq Misir XİN-in rəsmi xəbərləri, Misirin xaricdəki diplomatik missiyalarının fəaliyyəti ilə tanış ola, eləcə də xaricdə yaşayan və işləyən misirlilərə qayğı və dəstək kontekstində göstərilən konsulluq əməliyyatları barədə məlumat ala bilərlər.