Mişustin Əli Əsədova zəng edib 

18:00 17.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 17-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədova zəng vurub.

 

Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafından razılıq ifadə olunub.

 

Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxunma sayı 149