MMA döyüşçümüz rəqibini nokauta saldı - VİDEO

11:03 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

 

İdmançımız tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb.

 

Yüngül çəki dərəcəsində “AMC Fight Nights” çempionu olan 27 yaşlı təmsilçimiz titul döyüşündə rusiyalı Şamil Zavurovla qarşılaşıb. Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən N.Abbasov texniki nokautla qalib gəlib. İdmançımız bununla da “AMC Fight Nights”ın çempionu titulunu qoruyub .

 

Qeyd edək ki, bu, Abbasovun karyerasında 30-cu döyüş olub. Yalnız üç dəfə uduzan idmançımız 27-ci qələbəsini qazanıb.

 
 
Oxunma sayı 29