Mobil şəbəkədə ən üstün sürət- Bakcell

12:40 14.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bakcell ən sürətli mobil internet mükafatına layiq görüIüb". Hafta.az xəbər verir ki, bunu "Bakcell" şirkətinin yeni Baş icraçı direktoru Rainer Ratgeber deyib.

Baş icraçı direktorun sözlərinə görə rəhbərlik etdiyi şirkət artıq neçənci dəfədir ki, "Ookla"nın anoloji mükafatına layiq görülüb. Baş icraçı direktor onu da deyib ki, gələcəkdə internet şəbəkə sürəti ilə bağlı işlər daha da genişləndiriləcək:

"Azərbaycanda Bakcellin şəbəkəsi dünyada ən yaxşılardandı. Bundan daha böyüyü BƏƏ-dədir. Çünki orada pul problemi yoxdur. Burada tariflər də çox aşağıdır".

Rainer Ratgeber 5G şəbəkəsi ilə bağlı suala da aydınlıq gətirib: "Azərbaycanda 5G istifadəçisi yoxdur. Bu şəbəkənin yeganə üstnlüyü şəbəkələrarası reaksiya məsələsidir. 5G texnologiyasını reallaşdırmaq xərcləri artıracaq. Eyni zamanda, qiymətlərin ikiqat bahalaşması demək olacaq. Bizim başlıca məqsədimiz 4G şəbəkəsini daha da optimallaşdırmaqdı. Abunəçilərimizin tələbatını ödəmək üçün 4G yetərlidir. ".