Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər

13:27 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin “Tottenhem” klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.

London təmsilçisinin rəhbərliyi portuqaliyalı məşqçi Joze Mourinyo ilə əlaqə saxlayıb.

İngiltərəlilər tanınmış mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətindədir. Danışıqlar müsbət nəticələnsə, J.Mourinyo bu vəzifədə Maurisio Poçettinonu əvəzləyəcək.

“Tottenhem” mövsümün startında uğursuz çıxış edib. Premyer Liqanın 8 turundan sonra 9-cu sırada qərarlaşan londonlular Çempionlar Liqasında əvvəl “Olimpiakos”a qalib gələ bilməyib, ardınca “Bavariya”ya 2:7 hesabı ilə uduzub. Liqa kubokunda isə komandanı ikinci liqa təmsilçisi “Kolçester” mübarizədən kənarlaşdırıb. Bu uğursuzluqlardan sonra M.Poçettinonun istefası gündəmə gəlib. 

Qeyd edək ki, J.Mourinyonun son iş yeri “Mançester Yunayted” olub.