Mövqeləri zəifləyən Paşinyan üçün müharibə göydən düşmə almaya bənzəyir - İqor Korotçenko

19:19 13.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İyulun 12-də Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı Rusiya mətbuatında geniş işıqlandırılıb. Hafta.az-ın məlumatına görə, life.ru saytında dərc olunan məqalədə gərginliyin hələ də tam aradan qalxmadığı bildirilir:

"Rusiyalı ekspert İqor Korotçenkoya görə, sərhəddə təxribat Ermənistan baş naziri Nikol Paşinyana lazımdır. O, bununla yerli ictimaiyyətin əsas diqqətini yayındırmağa çalışır. Mövqeləri zəifləyən Paşinyan üçün müharibə göydən düşmə almaya bənzəyir. Bununla da o, problemlərin, səhvlərin əsas səbəbi kimi müharibəni göstərə bilər. Hakimiyyəti tamamilə ələ keçirtmək, Konstitusiya Məhkəməsini təmizləmək və rəqiblərini sıradan çıxartmaq üçün bütün bunların əsas səbəbi qismində Ermənistan əhalisini Azərbaycana qarşı mübarizə məqsədilə konsalidasiya etmək olduğunu söyləmək imkanı qazanacaq. Bu texnologiya hətta üçüncü reyxin zamanında hazırlanıb".

Məqalədə vurğulanır ki, həqiqətən də getdikcə daha çox erməni Paşinyandan narazıdır. Hakimiyyətdə olduğu müddətdə o, özünün qisasçı, avtoritar mahiyyətini və destruktiv küçə müxalifəti liderindən konstruktiv ictimai baş nazirə çevrilə bilməməsini aşkar surətdə göstərib. Lakin cəmiyyətin konsalidasiyası üçün müharibə təhdidini fikirləşmək lazım deyil. Bu amil onsuz da mövcuddur, ermənilər artıq onunla yaşayırlar: "Həmçinin İrəvanda anlayırlar ki, Azərbaycana hücum etməklə kiçik qələbə qazanmaq istəsələr, müharibə Ermənistandakı Respublika meydanının Heydər Əliyev meydanına çevrilməsi ilə nəticələnə bilər. Azərbaycana hücum nəticəsində Rusiyanın Ermənistana yardım edəcəyi ilə bağlı formal və ya qefri-formal əminlik yoxdur. Lakin Azərbaycanın yardımına dərhal və beynəlxalq razılaşmalar əsasında Türkiyə çatacaq. "Ermənistan özünə gəlsin. Azərbaycan tək deyil" - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib".

Oxunma sayı 2218
Siyasət rubrikasından digər xəbərlər