Sarkozi: “Türklərin məndən zəhləsi gedir“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ərdoğan: “Sarkozi ikiüzlü siyasət aparır“

Fransa mətbuatı prezident Nikola Sarkozinin qondarma erməni soyqırımı ilə bağlı “məşhur“ bəyanatına geniş yer ayırmaqdadır. Bununla bağlı bildirilir ki, müşavirlər bu bəyanatdan sonra Türkiyənin kəskin reaksiya verəcəyinə dair Sarkozini xəbərdar etsələr də, o, “onsuz da türklər mənə nifrət edir, problem deyil“ cavabını verib. Vurğulanır ki, Sarkozi hələ rəsmən namizədliyini irəli sürəcəyini açıqlamasa da, sağçı qüvvələr onun 2012-ci il seçkilərində prezident postunu qazanmaq istədiyinə əmindir. Bu səbəbdən Sarkozi 2007-ci il seçkilərində onun üzünü güldürən erməni diasporunun yenidən dəstəyini qazanmaq üçün səylə çalışır. Sarkozi keçmiş prezident Jak Şirakın izi ilə gedir. Lakin Şirakdan fərqli olaraq o, qondarma soyqırımın tanınması üçün Türkiyəyə vaxt verdiyini açıqlamaqla bir addım irəli atmış olub.
“Fransa Prezidenti Nikola Sarkozi Türkiyəyə “erməni soyqırımı“ barədə məsləhət verməkdənsə, öz ölkəsində nizam-intizam yaratsın“. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə TRT Haber telekanalı xəbər yayıb.
“Sarkozi öz ölkəsində reytinqini qaldırmaq üçün Türkiyədən vasitə kimi istifadə etmək istəyir“, - Ərdoğan deyib. Baş nazir bildirib ki, Sarkozi ikili siyasət aparır. Türkiyə 2011-ci ilin sonuna qədər “erməni soyqırımı“nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Trend-in erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi saxta “soyqırım qurbanları“nın xatirəsinə qurulmuş memorial kompleksi ziyarət edərkən deyib.
Azad