MSK daha bir məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb

17:54 24.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Hafta.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Dadaş Əhmədli MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 1 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Siyasət rubrikasından digər xəbərlər