MSK “Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası barədə yanvarın 30-dək qərar qəbul edəcək

16:16 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri 2020-ci il yanvarın 20-dək qəbul edəcək. 

Hafta.az-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiq edilən Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

MSK “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə 2020-ci il yanvarın 30-dək qərar qəbul edəcək.

Siyasət rubrikasından digər xəbərlər