“Azercell“in əməkdaşı şirkətdən uzaqlaşdı

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Fəxri Abbasov ADA-da yeni vəzifəyə təyinat alıb

“Azercell Telekom“ MMC-nin mətbuat məsələləri üzrə eksperti Fəxri Abbasov çalışdığı şirkətdən uzaqlaşıb. “Azercell“dən “Həftə içi“nə verilən məlumata istinadən, F.Abbasov öz ərizəsi ilə işdən çıxıb. Onun işdən uzaqlaşması səbəbinə gəlincə, qeyd edək ki, F.Abbasov yeni işgüzar təkliflə əlaqədar “Azercell“i tərk edib. Hazırda o, Azərbaycan Diplomatik Akademiyasında (ADA) yüksək vəzifəyə təyinat alıb. “Azercell“dən hələlik F.Abbasovun yerinə təyinat aparılmadığını da bildirdilər.
Sevinc