İrəvanda Polşa səfirinin evi qarət olunub

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
NamƏlum şəxslər Polşanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Zdislav Raçinskinin paytaxt İrəvanda yerləşən evinə girərək pul və zinət əşyaları aparıblar. “Tert.am“ın məlumatına görə, hüquq-mühafizə orqanları qapının kilidinin xüsusi texniki vasitələrdən istifadə edərək sındırıldığını müəyyənləşdirib. Səfirin özü hələlik, baş verən hadisə ilə bağlı açıqlama verməyib. Buna baxmayaraq, İrəvan polisi istintaq əməliyyatlarına başlayıb. Faktla bağlı hələlik, heç kim saxlanmayıb.
Vüsal