“Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirilir - VİDEO

15:39 26.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

Oxunma sayı 1593
Siyasət rubrikasından digər xəbərlər