MTRŞ-dan minaya düşərək həlak olan jurnalistlərlə bağlı bəyanat 

14:21 04.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Televiziya və Radio Şurası bəyanat yayıb.

Qurumdan hafta.az-a verilən xəbərə görə, bəyanatda deyilir:

“İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "AZTV" kanalının operatoru Sirac Abışov və "AzərTAC" İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olub, bir neçə şəxs yaralanıb. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir.

Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilib. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etmir.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik”.

Oxunma sayı 212