Muzeydə “Açıq qapı“ günü keçiriləcək

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Açıq qapı“ günü keçiriləcək. Muzeydən verilən məlumata görə, “Açıq qapı“ günündə uşaqlar üçün xüsusi proqram təşkil olunacaq. Tədbirin məqsədi körpələrin və yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlərimizə yaxından bələd olmasına, tariximizi, soykökümüzü, məişətimizi dərindən bilməsinə imkan yaratmaqdır. “Açıq qapı“ günü saat 10-dan 18-dək davam edəcək.


Nigar