“Ədalət“də istefa

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
DünƏn Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlü tutduğu vəzifədən, həmçinin siyasi şura və partiya üzvlüyündən istefa verib. Elxan Şükürlü bildirib ki, istefasına səbəb uzun müddətdir bir çox məsələlərə baxışda partiya rəhbərliyi ilə fikirlərinin üst-üstə düşməməsi və bu vəziyyətin şəxsi münasibətlərə təsir etmək səviyyəsinədək yüksəlməsidir: “Mən siyasətə mətbuatdan gələnlərdənəm və həmişə də doğru bildiyimi qanun və etika çərçivəsində yazmağa alışmışam. Ancaq belə görünür ki, Azərbaycandakı partiyalar yaradıcılıq qabiliyyəti olan insanların sərbəst fəaliyyətini həzm etməyə hələ hazır deyillər. Bu gün Azərbaycanda partiyalılıq yaradıcı fəaliyyəti məhdudlaşdırır, çərçivəyə salır və ən əsası da, inkişafın zəruri şərti olan özünütənqidə sədd çəkir. Nə qədər demokratiyadan danışsalar da, təəssüf ki, heç bir partiya lideri tabeçiliyindəkilərin onu tənqidinə hazırlıqlı və dözümlü deyillər. Mənim də yazılarım və açıqlamalarım partiyanın kursu ilə üst-üstə düşmədiyindən və bu hal partiya rəhbərliyi ilə aramızda hətta şəxsi münasibətlərə təsir edəcək səviyyəyədək yüksələn ziddiyyətlərə yol açacağından, aralanmaq qərarına gəldim. Çünki bir komanda daxilinə ziddiyyət, təfriqə düşdüsə, orada effektli siyasi fəaliyyət göstərmək olmaz. Odur ki, partiyadan aralanıb, əvvəlkitək jurnalistlik fəaliyyəti ilə məşğul olmaq niyyətindəyəm“.
Əli