Yazını böyüt
Yazını kiçilt
Saat 15:00 radələrində Müsavat Partiyasının bir qrup üzvü Bakı Şəhər İcra Hakimiyyətinin önündə icazəsiz aksiya keçirməyə cəhd göstərib.
Hafta.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, piket hazırda pərakəndə şəkildə davam edir. Aksiyaya qatılan "Müsavat" üzvülərindən bəziləri saxlanılıb.
Bir qədər əvvəl isə adıçəkilən partiyanın bir neçə üzvü - Səxavət Soltanlı, Könül Alı, Yaşar TürkAzər və digərləri polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hazırda polis Bakı meriyasının qarşısında gücləndirilmiş rejimdə işini davam etdirir.