Musiqiçi qiyməti 250 min funt olan antikvar skripkanı qatarda unudub

16:35 29.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniyalı musiqiçi Stiven Morris qiyməti 250 min funt sterlinq olan antikvar skripkanı unudaraq London-Orpinqton elektrik qatarında qoyub.

1709-cu ildə Devid Tekçler tərəfindən hazırlanmış skripka içərisində ustanın ad-familiyasının yazıldığı ağ futlyarda olub. Musiqiçi bu barədə nəqliyyat polisinin zabitinə məlumat verib. Polislər dərhal videomüşahidə kameralarının görüntülərinə baxmağa başlayıblar. Lakin hələlik musiqi alətini tapmaq mümkün olmayıb.

Stiven Morris Böyük Britaniyanın bir neçə musiqi kollektivinə rəhbərlik edib. Həmçinin Kral filarmoniyası orkestrinin solisti olub.

“Mən bu nadir alətin mühafizəçisi idim və onu digər skripkaçıya ötürməyə ümid edirdim. İndi elə bil mənim əllərimi kəsiblər”, - Morris hadisədən sonra belə deyib.