Müslüm Maqomayevin mahnıları "Mezzo" qrupunun repertuarında

11:42 09.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 16-da Jambıl adına Qazaxıstan Dövlət Filarmoniyasında bu ölkənin tanınmış “Mezzo” qrupunun konserti baş tutacaq.

Qazaxıstanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, “Sən mənim melodiyamsan” (Ты моя мелодия) adlı konsertdə Azərbaycanın dahi müğənnisi Müslüm Maqomayevinin repertuarından hamının tanıdığı və bəyəndiyi mahnılar səslənəcək.

Xatırladaq ki, “Mezzo” qrupun bu il aprelin 10-da Azərbaycanda qastrol səfərində olub və Bakı filarmoniyasında konsert verib. Konsert yerli auditoriyanın böyük marağa səbəb olub.