Müxalifətin növbəti uğursuzluğu - Cəmil Həsənli məsuliyyətdən qaçır

10:14 19.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli siyasi bacarıqsızlığını etiraf edərək sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyir.

Hafta.az xəbər verir ki, C.Həsənli bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb.

"Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir" - deyə qeyd edən C.Həsənli bununla da müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş olur.

Qeyd edək ki, oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb.

Siyasət rubrikasından digər xəbərlər