Naftalan sakinləri "patı" ilə tutuldu 

10:29 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naftalan sakinlərindən “patı” götürülüb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

 

Onların üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdilir.

Oxunma sayı 193