Narkotik becərən şəxs saxlanıldı 

22:33 04.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Qarxun kənd sakini Ramil İsayev saxlanılıb.

 

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə kolu, eləcə də 377 qram marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Oxunma sayı 186