Narkotik satan qardaşlar tutuldu

12:51 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb. Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib. Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.  

Oxunma sayı 28