“Eurovision“ müsabiqəsində internet səsvermə də tətbiq oluna bilər

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
GƏlƏn ilin may ayında Bakıda keçiriləcək “Eurovision“ mahnı müsabiqəsi ilə bağlı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də üzərinə bir sıra vəzifələr düşür. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu işlərdən biri ölkədə internetdən istifadənin yüksək keyfiyyətlə təmin olunmasıdır: “Bakının bir çox yerlərində Wi-Fi (simsiz internet) quraşdırılacaq, internetin sürəti kifayət qədər artırılacaq. Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Müsabiqəni internet vasitəsilə də izləmək mümkün olacaq. Eyni zamanda, səsverməni də internet vasitəsilə həyata keçirmək olar. Bu məsələni araşdırırıq. Əgər bu baş tutsa, “Eurovision“ mahnı müsabiqəsi tarixində ilk internet səsverməsi kimi tarixə düşəcək“.
Təbriz Vəfalı