NASA insanları Aya 2027-ci ildə aparacaq

11:00 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Artemis 3” missiyasının tərkib hissəsi olan və ilk dəfə 2025-ci ilin dekabrında planlaşdırılan kosmosa buraxılış ən azı 2027-ci ilə qədər gecikə bilər.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, NASA “Artemis 3” missiyası ilə məşhur “Apollon” missiyalarından 51 il sonra insanları Aya çatdırmağı hədəfləyir.

ABŞ Hesabatlılıq Ofisindən verilən açıqlamada, bu səyin "çoxlu problemlərlə" üzləşdiyi bildirilib. Açıqlamada, həmçinin NASA-nın missiya çərçivəsində yaratdığı proqramın çox iddialı olduğu da vurğulanıb. Qiymətləndirmələrə görə, kosmik agentliyin ən tez 2027-ci ildə yenidən Aya insan göndərməsi mümkün ola bilər.

Bu arada, NASA insanları 1972-ci ildən bəri heç kimin ayaq basmadığı Aya qaytarmaq üçün İlon Maskın SpaceX kosmik şirkəti ilə işləyir. Musk və SpaceX əməkdaşları əvvəlcə bu missiyanın 2024-cü ildə yerinə yetirilə biləcəyinə inanırdılar. Bununla birlikdə, “Covid-19” pandemiyası səbəbindən NASA işçiləri evdən işləməli olduqları üçün “Artemis” missiyası pozuldu.

Bunun üzərinə NASA-nın təftiş qurumu Baş Audit İdarəsi 2021-ci ildə mövzu ilə bağlı hesabat hazırlayıb. Hesabatda yazılıb ki, missiya ən tez 2026-cı ildə yerinə yetirilə bilər. ABŞ hökumətinin Hesabat Ofisinin yeni bəyanatı o deməkdir ki, burada nəzərdə tutulan müddət daha bir il uzadılacaq. Müvafiq olaraq, həm NASA, həm də SpaceX bu missiyanı başlatmaq üçün hələ də əhəmiyyətli miqdarda texniki iş görməlidir. Digər tərəfdən, NASA-nın ilkin proqnozları artıq Maskın proqnozlarından daha "pessimist" idi. Əslində kosmos agentliyinin insanları Aya aparmaq üçün qarşıya qoyduğu ilk hədəf 2028-ci ilə işarə edirdi.

NASA, Ayda “Artemida” adlı baza qurmağa və insanların gələcəkdə həddindən artıq işıq, həddindən artıq qaranlıq və donmuş sudan ibarət olan bu göy cismində yaşaya bilmələrini təmin etməyə çalışır.

NASA peykə göndərəcəyi astronavtların təyinatı olaraq Cənubi Qütb Bölgəsini seçib. Ancaq dəqiq eniş nöqtəsi hələ də bəlli deyil.