RƏSMİ

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev Rauf Hüseynovun Qazax rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ayaz Nəriman oğlu Əsgərov Qazax rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Əsgərova Şükufə Məmmədtağı qızına “Əməkdar Mədəniyyət İşçisi“, Aslanov Əflan Aslan oğluna isə “Əməkdar Mühəndis“ fəxri adı verilib. Prezidentin digər sərəncamı ilə Sabirabad rayonunun ictimai-siyasi həyatında xidmətləri olan bir qrup şəxslər “Tərəqqi“ medalı ilə təltif ediliblər:

Prezident İlham Əliyev Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun tabeliyinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilib.
Azad