Nazir 4000 şagirdin sinifdə qalmasından danışdı

12:10 17.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Şagirdlərin sinifdə saxlanmasının xüsusi meyarları mövcuddur".

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, orta təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən müvəfəqqiyyətsizliyi varsa, osinifdə saxlanılır:

"Bu, 4 fəndən az olarsa, yay istirahəti ərzində həmin şagirdlərin bilikləri yenidən qiymətləndirilir və sinifə bərpa edilir. 4000 şagirdin sinifdə saxlanması o deməkdir ki, həmin şagirdlər kifayət qədər çox fəndən proqramı mənimsəyə bilməyiblər. Yaxud üzrsüz səbəblərdən dərslərdə iştirak etməyiblər".