Nazir veteran futbolçularla görüşdü - FOTO

09:55 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüş keçirib.

 

Nazirlikdən hafta.az-a verilən məlumata görə, veteranları salamlayan F.Qayıbov onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.

 

Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli komanda ilə bağlı fikirlərini bildiriblər.

 

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.

Oxunma sayı 105