Nazirliyin nümayəndə heyəti “Beynəlxalq ordu oyunları - 2020”nin konfransında iştirak edib - FOTO

19:26 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları - 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Hafta.az Nazirliyə istinadən bildirir ki, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq ordu oyunları - 2020” yarışlarının gələn ilin avqust ayının 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Oxunma sayı 37
Siyasət rubrikasından digər xəbərlər