Neft ixracı 4,8 faiz azalıb - Nazirlik

17:21 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin ilk 6 ayında ölkədən təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Energetika Nazirliyindən hafta.az-a bildirilib ki, bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən təxminən 667 min ton, yəni 4,8 faiz azdır.

Oxunma sayı 302