Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb - YENİLƏNİB 

15:50 07.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb. X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

***

Kür çayında batan şəxsin tələbə olduğu məlum olub.

Hafta.az APA-ya istinadən xəbər verir ki, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

***


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Bu barədə hafta.az-a FHN-dən bildirilib.

 

Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Oxunma sayı 1733