“Neftçi” legioneri ilə vidalaşdı

21:13 12.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
“Neftçi” daha bir futbolçusuyla yollarını ayırıb.
 
Hafta.az xəbər verir ki, ukraynalı müdafiəçi Kiril Petrov paytaxt klubundan ayrılıb.
 
Bir müddət əvvəl ailəsindəki şəxsi problemləri ilə əlaqədar ölkəsinə yollanan təcrübəli müdafiəçinin ayrılığı özünün istədiyi bildirilir. Paytaxt klubunun rəhbərliyi də 33 yaşlı futbolçunun mövsümün sonuna qədər olan müqaviləsinə xitam verməli olub.
 
“Neftçi” hələlik bu ayrılığı təsdiqləməyib. Amma qısa zamanda klubun rəsmi açıqlama yayması gözlənilir.
Oxunma sayı 175