Neftin qiyməti bahalaşır

12:34 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya birjalarında neftin qiyməti bahalaşıb. 

Hafta.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar artaraq 65,67 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,60 dollar bahalaşaraq 59,14 dollar təşkil edib.