Neftin qiyməti ucuzlaşdı

10:10 20.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Hafta.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar geriləyərək 60,73 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 55,15 dollar təşkil edib.