Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib

10:37 02.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1 noyabr 2019-cu il tarixdə Mərdəkan Mədəniyyət Sarayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Hafta.az-ın məlumatına görə, tədbirdə Xəzər RİH Başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Ziyad Səmədzadə, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xalq artisti - Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər rayon Bölməsinin sədri Arif Buzovnalı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Yazıçılar Birliyinin Cənub bölməsinin müdiri Sayman Aruz, RİH Başçısının müavinləri və Aparatın əməkdaşları, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin İmadəddin Nəsimi yaradıcılığına həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Yazıçılar Birliyinin Xəzər rayon Bölməsinin sədri Arif Buzovnalı tədbiri açaraq, Nəsimi yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Qonaqlar İlqar Fəhmi və Sayman Aruz mövzu ətrafında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndiriblər. Nəsimi dühasına həsr olunan bədii gecədə xanəndə Məmməd Nəcəfov və Zeynəb Nəcəfova böyük şairin qəzəllərindən ibarət muğamlar ifa ediblər. Tədbirin sonunda Xəzər RİH Başçısı cənab Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Ziyad Səmədzadə tərəfindən qonaqlara Xəzər RİH Başçısının Fəxri Fərmanları təqdim olunub.