Netanyahu mənim dediyimi edir - Tramp

11:01 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunun İsrailə raket hücumlarına cavab olaraq İrana qarşı hərbi əməliyyat əmri verməklə ona qarşı çıxması iddialarını rədd edib.

Hafta.az xəbər verir ki, Tramp açıqlamasında Netanyahunun onun sözündən çıxmadığını deyib:

“Əgər mən ona nəsə etməyi desəm, o, bunu edir”.

 

ABŞ Prezidenti qeyd edib ki, Netanyahuya sağlam məntiqlə hərəkət etməli olduqlarını deyib:

“Mən Netanyahuya sadəcə dedim ki, sağlam məntiqlə hərəkət etməliyik. Biz çox güclü, çox yaxşı bir razılaşma imzalamağa yaxınıq”./BBC/