Abşeronda “İkoş” ləqəbli qadın narkotacir tutulub - FOTO

16:02 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda “İkoş” ləqəbi ilə tanınan qadın narkotacir tutulub. Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Hafta.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan külli miqdarda xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, 1 qram metofetamin, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb.

İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.