20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO

21:27 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri olduğu konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Anım tədbirində Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərdən ibarət konsert proqramında Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən fraqmentlər, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Azər Rzayevin “Bakı 90” simfoniyası səsləndirilib.

Simfonik musiqidən təsirlənən tamaşaçılar Qanlı Yanvar hadisələrinin hüzn və kədərini sanki yenidən yaşayıblar.