Çində 6,4 bal gücündə zəlzələ olub

22:08 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Qaşğar prefekturasında yerli vaxtla saat 21:27-də qeydə alınıb. Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib. Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, son 4 gündə muxtar rayonda qeydə alınmış 3-cü zəlzələdir. Yanvarın 16-da muxtar rayonun Ağsu prefekturasında 5,6, yanvarın 18-də isə Qaşğar prefekturasında 5,4 bal gücündə zəlzələ olmuşdu.

Oxunma sayı 329