Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başlayıb

22:33 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başlayıb.

Hafta.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Almaniya Kansleri Angela Merkelin BMT-nin Liviya məsələsindəki cəhdlərinə dəstək vermək məqsədilə keçirdiyi konfransda atəşkəsin əldə edilməsi, tərəflər arasında qarşılıqlı inamın bərpası, Liviyanın ərazi bütövlüyü çərçivəsində sülhün bərpası üçün görüşlərin keçirilməsi planlaşdırılır.

Konfransda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və digər ölkələrin dövlət başçıları iştirak edir.

Qeyd edək ki, konfransdan əvvəl Türkiyə ilə Rusiya prezidentləri arasında görüş baş tutub.