Yasamalda mənzildə meyit tapılıb

23:57 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hafta.az Nazirliyə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Səfərova Ofeliya Şahgəldi qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.