Polşa səfirliyi viza rüsumlarının dəyişdirilməsi ilə bağlı məlumat yayıb

11:14 03.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşanın Azərbaycandakı səfirliyi fevralın 2-dən etibarən viza rüsumlarının dəyişdirilməsi ilə bağlı məlumat yayıb.

Hafta.az-ın yazdığına görə, Polşa səfirliyinin Konsulluq şöbəsi bildirir ki, fevralın 2-dən etibarən viza rüsumlarına dəyişiklik edilib. Dəyişikliklərə əsasən, Milli və ya Şengen vizasına müraciət edən şəxslər üçün viza rüsumu 80 avro təşkil edəcək. Bundan əlavə, Avropa İttifaqı ilə Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, Azərbaycan vətəndaşları üçün viza müraciətin baxılması üçün rüsum dəyişmir və 35 avro olaraq qalır (yalnız Şengen vizası). Milli və ya Şengen vizası üçün sənədlərin yenidən baxılması da 80 avroya başa gələcək. 

Məlumatda deyilir ki, Şengen vizasına 6-12 yaş arası müraciət edən uşaqlar üçün rüsumun 50 faizi alınacaq - 40 avro. Avropa İttifaqı ilə Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, 12 yaşına çatmamış uşaqlardan ümumiyyətlə rüsum götürülmür.

Qeyd edək ki, Şengen vizasına 6 yaşına çatmamış müraciət edən uşaqlardan rüsum alınmır.

Viza rüsumuna edilən dəyişikliklər aşağıdakılardır: 

1) Viza müraciətləri planlaşdırılan səfərdən 6 ay əvvəl (dənizçilər olduğu təqdirdə 9 ay), gediş tarixindən 15 gündən gec olmayaraq təqdim edilə bilər.

2) Qərar adətən 15 gün ərzində verilir, lakin onun maksimal uzadılması standartlaşdırılacaq və 45 günlə məhdudlaşdırılacaq.