Bakıda pulsuz telefon çəkdirənlərin sayı artır

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20 illik yubileyi2 və “Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illik yubileyi“ ilə əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin elan etdiyi kampaniya uğurla davam edir.
Birliyin maliyyə və əmək şöbəsinin rəisi Söhrab Yarəhmədov “Həftə içi“nə bildirib ki, bu ayın əvvəlindən start götürən kampaniyadan artıq 700-ə yaxın adam bəhrələnib: “İşlərin daha da uğurlu alınması üçün təbliğat işləri genişləndirilir. Xatırladım ki, bizim birlik kabelləşdirilən köhnə və yeni binalarda (hava rabitə xətləri olan və yeni kabelləşdirilən binalar, ərazilər istisna olmaqla) əhali və təşkilatlara 1-ci və 2-ci telefonu 50 faiz güzəştli tariflə, 2 telefon çəkənlərə isə 3-cü telefonun pulsuz çəkilişi kampaniyasını keçirir. Onu da qeyd edim ki, kampaniya dekabr ayının 10-dək davam edəcək“.

Təbriz Vəfalı