Lukaşenkodan Putinə dəstək

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
BELARUS prezidenti Aleksandr Lukaşeno Vladimir Putinin Avrasiya İttifaqı yaratmaq ideyasını alqışladığını bildirib. Bu barədə o, “İzvestiya“ qəzetində dərc etdiyi məqaləsində qeyd edib. “Belarus onun formalaşmasında ən fəal rolu oynayacaq. Belə bir ittifaq yaratmaq sadə iş deyil“, - deyib Belarus lideri. Məlumatı BBC yayıb. O, həmçinin Avrasiya İttifaqına qoşulan ölkələrin vahid valyutasının mümkünlüyünü də istisna etmir. “Belarus, Rusiya və Qazaxıstanın inteqrasiyası kiminsə əleyhinə yönəlməyib. Avrasiya İttifaqının yaradılmasına Avropanı bölmək səyləri kimi baxmaq lazım deyil. Mən Avrasiya İttifaqını ümumavropa inteqrasiyasının ayrılmaz hissəsi kimi görürəm“, - yazır cənab Lukaşenko.

Oxunma sayı 490