İlham Əliyevin Qazaxıstana səfəri zamanı bir sıra sənədlər imzalanacaq

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində bir sıra sənədlər imzalanacaq. Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Altay Həbibullayevin ölkə mətbuatına açıqlamasına görə, Azərbaycanın dövlət başçısı səfər çərçivəsində Qazaxıstan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək. Daha sonra dövlət başçıları Birgə Bəyannamə, bir sıra dövlətlərarası sazişlər, həmçinin iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlıq proqramını imzalayacaqlar. Qeyd edək ki, səfər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dəvəti ilə oktyabrın 19 - 20-də gerçəkləşəcək. Yeri gəlmişkən, həmin tarixdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Qazaxıstana rəsmi səfərə gedəcək. “Anadolu“ agentliyinin məlumatına görə, ayın 19-da paytaxt Astanada olacaq Ərdoğan 1 gün sonra Almatıya gedərək, orada keçiriləcək Türk Şurasının sammitində iştirak edəcək.