Misirdə “Azərbaycan“ jurnalının üçüncü nömrəsi işıq üzü görüb

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
MisirdƏ ərəb dilində nəşr olunan “Azərbaycan“ jurnalının üçüncü nömrəsi işıq üzü görüb. Jurnalın ilk səhifəsi Azərbaycan prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə xalqa müraciətinin mətninin ərəb dilinə tərcüməsi ilə başlayır. Jurnal, eyni zamanda öz səhifələrində Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyevanın ölümünə səbəb olmuş yeni təxribatı barədə məqaləyə də yer verib. Jurnalda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında separatçı rejimin bu il sentyabrın 18-də qondarma “özünüidarə orqanlarına“ keçirdiyi “seçkilər“lə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının mətninin ərəbcə tərcüməsi də dərc edilib. Baş redaktoru məşhur misirli jurnalist Məhəmməd Salama olan “Azərbaycan“ jurnalının bu nömrəsində Dünya azərbaycanlılarının 3-cü qurultayı, ölkəmizin Misirdəki səfirliyinin həyata keçirdiyi “Mən Azərbaycan haqqında nə bilirəm“ layihəsi və onun nəticələri, həmçinin dünyaşöhrətli azərbaycanlı müğənni Sami Yusif barədə məqalələr də oxucuların ixtiyarına verilib. Jurnalın bu nömrəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətilə keçirilmiş hərbi paraddan bəhs edən gözəl illüstrasiyalarla bəzədilmiş geniş məqalədə prezident İlham Əliyevin ordu quruculuğu, ölkəmizin hərbi potensi “Maddi sıxıntı jurnalisti yaradıcılıq baxımından axsaq hala salır“.
Azad