“Azərpoçt“un portalında işğal olunan kəndlərin poçt indeksləri yerləşdirilib

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərpoçt“ MMC-dən aldığımız məlumata görə, adıçəkilən qurumun portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların poçt indeksləri də yerləşdirilib. Əvvəllər bu portalda yalnız işğal olunan rayonların mərkəzi poçt şöbələrinin indeksləri yerləşdirilmişdi. Yeniliyin tətbiqi ilə artıq kənd poçt şöbələrinin də indeksləri burada yerləşdirilib. Artıq istənilən şəxs istənilən kəndin indeksi ilə tanış olub yerləşdiyi ərazidən asılı olaraq işğal olunmuş rayonun poçt şöbəsindən bütün dünyaya məktub göndərə bilər. Bu, özü bir təbliğatdır. Qeyd olunub ki, bir neçə gün öncə Xocalı Rabitə Qovşağının Xankəndi poçt şöbəsi istifadəyə verilib və oradan istənilən sakin bütün xidmətlərdən bəhrələnə bilər.