İki “VAZ" toqquşub

22:53 11.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirin Çinarlı kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub.

Hafta.az Fövqəladə Hallar Nazirliyin istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Çinarlı kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.