Xırdalanda yolun genişlənməsi məqsədilə ağaclar köçürülüb

19:48 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalan şəhəri, Heydər Əliyev prospektinin genişləndirilməsi və yenidənqurulması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və götürülməsinə ictimai dinləmədən sonra Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov hafta.az-a bildirib ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciət əsasında sözügedən layihə maraqlı tərəflərin, ekspert və QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləməyə çıxarılıb.

"Müzakirələrdə layihənin dövlət və sosial-infrastruktur əhəmiyyətli olduğu nəzərə alınaraq tikinti altına düşən və köçürülməsi mümkün olan ağac və kol bitkilərinin budanaraq köçürülməsinə, köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə rəy verilib”.

M.Qəmbərovun sözlərinə görə, ağaclar rayon Yaşıllaşdırma İdarəsi tərəfindən budanaraq kök torpağı ilə birlikdə çıxarılıb və digər münbit əraziyə köçürülüb.

Oxunma sayı 168