“Önəmli olan psixi sağlamlığınızı nəzarətdə saxlamaqdır”

15:19 31.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Gülarə Rzayeva uzmanlıq dərəcəsi üzrə təhsil alan psixoloqdur. Bakı Dövlət Universtitetinin psixologiya fakültəsini biririb. Hazırda Türkiyədə İstanbul Zaim Unversitetində uzmanlıq dərəcəsi üzrə mağistatura təhsili alır.

 Gənc psixoloq Gülarə Rzayevanın kotronavirusla bağlı elmi fikirləri və məsləhətləri dünyanın hər yerində olduği kimi, Azərbaycanda da böyük marağa səbəb olub. Psixoloq hafta.az-a müsahibəsində deyir:

- Keçən dəfə son 1 aydı həyatımızın ana mövzusuna çevrilən Koronavirus’un (COVID-19) səbəb olduğu təşvişi necə kontrol edə biləcəyimiz haqqda qısa-konkret olan paylaşımımın rəğbət görməyini və faydalı olduğunu gördükdən sonra, bu dəfə virusla birgə Karantin rejiminin səbəb olduğu psixi halları, onları kontrol etməyi, zamanımızı necə keçirə biləcəyimizin bizə faydalı olacağı haqqında yazmaq qərarına gəldim. Əlimdən gəldikcə bunları daha effektli ola biləcəyi üçün şəkillər formasında da düzəltdim. İlk öncə asan olmayan bu mərhələdə qorxulu,qayğılı, depressif və əsəbi ola bilərsiniz:” Pandemiya nəticəsində Dünyanın hər yerində milyonlarla insan sizinlə oxşar qayğı və hisləri yaşayır. Yəni, əsla tək deyilsiniz. Önəmli olan psixi sağlamlığınızı mümkün olduqca kontrolda saxlamaqdır, Kontrolu ələ keçirmək isə özündən asılıdır. “525”-ci qəzetdə dərc olunan yazımda da qeyd etmişdim, bir daha da qeyd etmək istəyirəm; Bu günlər keçicidir. Amma bu günlərin psuxologiyamıza təsiri qalıcı ola bilər.

COVID-19’la mübarizədə özümüzü izolasiya etməyimizin, sağlamlığımız üçün tətbiq edilən Karantin rejiminin psixi sağlamlığımıza mənfi təsirlərinin ola biləcəyinin fərqindəyik.

- “Karatin dövrünün sizdə səbəb olduğu psixoloju təsirlər nələrdir”?

-QORXU/QAYĞI - Virusun sizə və ya sevdiklərinizə keçməyi və onları itirmək qorxunuz bu müddətdə daha da arta bilər;

“DEPRESSİYA “- Üz-üzə olan sosial münasibətlərin minumuma enməsi və sosial izolasiyanın/təcridin nəticəsində darıxmış, boşluğa düşmüş, məqsədsiz və ümidsiz hiss edə bilərsiniz. Nəticədə bu özünü davamlı yatmaq istəmək, qəmgin və halsız hiss etmək, sevdiyiniz şeylərdən zövq almamaq kimi göstərə bilər;

“AQRESSİYA” - İzolasiyanın müəyyən həyat fəaliyyətləri və müstəqilliyinizi limitləməyi başda olmaqla, hər gün dəyişən xəbər və qərarlar sizdə aqressiv hislərin oyanmasına səbəb ola bilər;

“SOMATİK ŞİKAYƏTLƏR” - Bu hislərinizi ifadə etmədən daxilinizdə toplanması baş ağrısı, mədə narahatlıqları, qarın ağrısına; və ya davamlı xəstəliklə bağlı xəbər və məzmunlara/kontentlərə məruz qalmaq xəstəliyin semptomlarını əks etdirən somatik şikayətlərə səbəb ola bilər.

-Karantin dövründə psixi sağalmağımızı necə kontrolda tuta bilərik?

-Bu dövrdə bir öncəki paylaşımımda etdiyim tövsiyyələr başda olmaqla (1-xəstəlik haqqında bir dəfə qısa və düzgün araşdırma edin; 2-mövzuyla əlaqədar xəbərləri yalnız iki-üç rəsmi portaldan izləyin; 3-gün boyu durmadan bu mövzuyla bağlı informasiyaya məruz qalmaqdan qaçın; 4-online vasitələrlə sevdiklərinizlə daim əlaqədə olun və hislərinizi bölüşün), EVDƏ EDƏ BİLƏCƏYİNİZ FƏALİYYƏT VƏ AKTİVLİKLƏR psixi sağlamlığınızı kontrolda tutmağa çox yardımçı olacaq.

 GÜNDƏLİK FƏLİYYƏTİNİZİ PLANLAŞDIRIN - Evdə gündəlik işlərinizi planlaşdırmaq həm fiziki, həm də psixi halınıza dəstək olacaq. Yatıb-qalxmaq, yemək saatlarınızı planlaşdırıb və bu plana uyğun davranmaq həm gündəlik yuxu və qida rejiminizi kontrolda saxlayacaq, həm də gündəlik normal həyat fəaliyyətindən qopmamaq mənfi psixoloji halların asanlıqla yaşanmasının qarşısını alacaq. İnterneti kontrollu və faydalı istifadə etməyi də unutmayın.

 MƏŞĞULİYYƏTLƏR SEÇİN - Ailə üzvlərinizlə birgə edilməsi tövsiyyə olunan bir sıra məşğuliyyətlər seçib bunları da gündəlik planınıza daxil edin. Məsələn, ailənizlə bir kino seçin və müəyyənləşdirdiyiniz saatda birlikdə izləyib müzakirə edin. Hər gün kitab oxumaq saatı müəyyənləşdirmək də buna daxildir. Evdə uşaq varsa, onun sevdiyi və öyrədici bir kitab seçib gündəlik birlikdə mütaliə edin. Bu dönəmdə sizi ailə üzvlərinizlə yaxınlaşdıracaq, həm də xoş əhval-ruhiyə yaradacaq digər şey də oyunlar oynamaqdı. Öz bildiyiniz oyunlarla yanaşı internetdə evdə oynaya biləcəyiniz bir çox oyun tapa bilərsiniz. Sadalanan məşğuliyyətləri tək də etmək mümkündür amma buna ailə üzvlərinizi də qatmaq həm birgə münasibətinizə xoş təsir edəcək, həm də onların da xoş və faydalı zaman keçirməyinə dəstək olmuş olacaqsınız.

 YENİ HOBBİ VƏ YA MƏLUMATLAR QAZANIN - İnternetdə hər hansı bir hobbi və ya mövzuyla əlaqədar yüzlərlə məlumat və videolar mövcuddur. Maraq dairənizə uyğun yeni bir hobbi və bacarıq əldə edə bilərsiniz. Bundan başqa İxtisasınızla bağlı diqqətinizi çəkən mövzularda araşdırmalar apara bilər, məqalələr və yeni araşdırmalara baxa bilər, bu baxımdan inkişafınıza töhvə verə bilərsiniz. Və ya həmişə zaman olmadığı üçün araşdıra və ya öyrənə bilmədiyiniz şeyləri edə bilər və ya öyrənə bilərsiniz. Edəcəyiniz bu məşğulluqları da gündəlik planınıza daxil edin.

 DİSTANT TƏHSİL İMKANLARINDAN FAYDALANIN - Təhsil Nazirliyinin məktəblilər üçün yaratdığı evdən təhsil imkanlarından faydalanıb, övladınıza bu yeni təhsil formasına alışmağa kömək edin. Xüsusilə, 1-7-ci siniflərlə birgə dərs videolarına baxıb, yaranan suallarına yardımçı olun. “Sən otur bax, nə lazım olsa soruş” demək yerinə, onlarla birlikdə oturun, adaptasiyasına kömək edin və yaranan suallarına yardım edin. Bundan başqa özünüz üçün də daxil olmaqla internetdə bir çox online kurslar, kitabxanalar, jurnallar kimi imkanlar mövcuddur. Bunlar da həm bu müddətdə zamanın boş keçməyərək şəxsi inkişafınıza səbəb olacaq, həm boş zamanınızın dolmasına zəmin yaradacaq, nəticədə mənfi psixoloji halların yaranması minimuma enəcək.

Bütün bunlara rəğmən yardıma ehtiyac duyursunuzsa, və ya ümumiyyətlə bunlara özünüzü cəmləyə bilmirsinizsə, mütəxəssisə müraciət edin.

Sosial rubrikasından digər xəbərlər